Piyadalar üçün olan yolda uçqun olub

13-05-2022, 09:00           
Piyadalar üçün olan yolda uçqun olub
Son günlər respubilka ərazisində müşahidə olunan yağışlı hava şəraiti Gəncədə problemə yol açıb.

Gəncəçayda sululuğun artması park-bulvar kompleksin istinad divarını yuyub və nəticədə piyadaların hərəkəti üçün nəzərdə tutulan yolun bir hissəsində uçqun baş verib. Xoşbəxtlikdən həmin vaxtı bulvardan keçənlərdən xəsarət alan olmayıb.Park bulvar ərazisi Gəncə çayının ölkənin ikinci böyük şəhərindən keçən əsas axın yeridir. Gəncə çayının son qovuşma yeri Kür çayıdır. Park-bulvarın əməkdaşı bildirib ki,yaxın günlərdə uçqun baş verən ərazidə gediş gəliş tam bərpa olunacaq. Artıq sözü gedən əraziyə texnikalar cəlb olunub. Gəncə çayının istiqaməti təhlükəli hesab edilən ərazidən texnikalar vastəsi ilə uzaqlaşdırılır.

Xatırladaq ki, Gəncə çayı əsasən yaz və paz aylarında daşır. Bulvarın inşasına 2014-cü ildə başlanıb,2017-ci ilin fevral ayının 17-də açılışı baş tutmuşdur. Kompleksin uzunluğu 1,2 kilometrdir. Ümumi sahəsi 34 hektardır. Burada 15 fəvvarə və müxtəlif kompozisiyalı 10 heykəl quraşdırılmışdır. Gəncəçayın məcrasının hər iki tərəfində betondan ümumi uzunluğu 2,4 kilometr olan istinad divarı tikilmişdir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.