İranda 9 mindən çox bank hesabı BLOKLANDI – SƏBƏB

15-05-2022, 00:03           
İranda 9 mindən çox bank hesabı BLOKLANDI – SƏBƏB
İranda 9 min 219 bank hesabı bloklanıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı İran Kəşfiyyat Nazirliyin məlumat yayıb.

Bildirilib ki, 545 nəfərə məxsus olan bank hesabları qanunsuz və şübhəli valyuta və kripto pul əməliyyatları səbəbindən qapadılıb.

Bu qərar İran Mərkəzi Bankı ilə razılaşdırılıb.

Hesabların əməliyyat həcminin 60 trilyon tümən (təxminən 1 milyard 985 milyon dollar) olduğu bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.