Rusiya hərbçiləri İzyum istiqamətində geri çəkilir

15-05-2022, 07:55           
Rusiya hərbçiləri İzyum istiqamətində geri çəkilir
Rusiya hərbçiləri Ukraynanın İzyum şəhəri istiqamətində geri çəkilməyə başlayıb. "Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Borovsk kənd şurası məlumat yayıb.

Hazırda Podvısokoyedə olan Rusiya hərbçiləri kütləvi şəkildə Qoroxovatkaya köçürlər.

“Yəqin ki, bu, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində cəbhə xəttinin hərəkəti ilə bağlıdır: gecə və səhər Podvısokoye, Buqaevka, Kunyedən güclü partlayış səsləri eşidilib”, - məlumatda deyilir.

Bununla yanaşı, Rusiya ordusunun canlı qüvvəsi və texnikası daim dəyişir. Texnikanın bir hissəsi yaşayış məntəqələrində və yerli meşələrdə cəmləşməkdə davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru