RUSİYA DƏNİZ PİYADALARI CİDDİ İTKİ VERDİ – Yeni qüvvələr cəlb edilir…
15-05-2022, 10:48
Ukraynada gedən döyüşlər zamanı Rusiya Federasiyası Qara Dəniz Donanmasının 810-cu dəniz piyada briqadası ciddi itkilər verib.
Qafqaz.media xəbər verir ki, bu haqda Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının” Facebook” səhifəsində bildirilir.
Məlumata görə, böyük itkilər səbəbindən Rusiya Federasiyası briqadanı Qara Dəniz Donanmasının tərkibinə daxil olan digər bölmələrin şəxsi heyəti ilə təmin etmək qərarına gəlib.
İşğalçılar xüsusilə gəmilərin ekipaj üzvləri üçün dəniz piyadalarının sıralarını artırmağa başlayıblar.