Ukrayna Silahlı Qüvvələrinin batalyonu Xarkovda Rusiya ilə sərhədə daxil olub

16-05-2022, 08:01           
Ukrayna Silahlı Qüvvələrinin batalyonu Xarkovda Rusiya ilə sərhədə daxil olub
Ukrayna Silahlı Qüvvələrinin bölmələri Xarkov vilayətində Rusiya ilə dövlət sərhədinə çatıb.

Bu barədə "Report” Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin feysbuk sosial şəbəkəsindəki videosuna istinadən xəbər verir.

Məlumata görə, 127-ci ərazi müdafiə briqadasının 227-ci batalyonunun hərbçiləri Prezident Volodimir Zelenskiyə döyüş tapşırığının yerinə yetirilməsi barədə raport veriblər.

Döyüşçülər mayın 15-də Rusiya Federasiyası ilə sərhədə çıxıblar. Onlar Xarkov vilayətinin şimalının Rusiya hərbçilərindən təmizlənməsi əməliyyatı zamanı əldə edilən strateji uğurdan danışıblar.

Xatırladaq ki, bu yaxınlarda Xarkov vilayətinin hərbi administrasiyası Ukrayna Silahlı Qüvvələrinin İzyum istiqamətində əks-hücum əməliyyatına başlaması barədə məlumat yaymışdı. Bura əyalətin ən qaynar nöqtəsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru