Rusiya ordusuna yeni müasir tanklar verildi

17-05-2022, 10:54           
Rusiya ordusuna yeni müasir tanklar verildi
Rusiya Ukraynada hərbi texnikalarının sayını artırmaq qərarı verib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, “Uralvaqonzavod” Rusiya qoşunlarına ən son T-90M “Prorıv” tanklarından ibarət eşalon göndərib. Faktı şirkətin mətbuat xidməti təsdiqləyib.

“Uralvaqonzavod"da T-90M "Prorıv" tanklarından ibarət xüsusi eşalonun Müdafiə Nazirliyinə təntənəli yola salınma mərasimi keçirilib. Tədbirdə din xadimləri də iştirak ediblər" , - məlumatda deyilir.

T-90M tankı Ural Nəqliyyat Mühəndisliyi Dizayn Bürosu tərəfindən hazırlanıb. İstehsalçı bunun T-90 ailəsində ən qabaqcıl hərbi maşın olduğunu bəyan edib. Qeyd olunur ki, bu tank müasir döyüş şəraitində əməliyyatlara ən çox uyğunlaşdırılmış zirehli maşın sayılır. T-90M-in əsas xüsusiyyətlərindən biri real vaxt rejimində digər maşınlarla məlumat mübadiləsi aparmaq imkanıdır.

Qeyd edək ki, Ukrayna müharibəsində Rusiyanın ən çox itki verdiyi hərbi texnikalardan biri tanklardır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.