Rusiya Gürcüstanla quru sərhədini açdı

18-05-2022, 07:11           
Rusiya Gürcüstanla quru sərhədini açdı
Rusiya Gürcüstanla quru sərhədini açıb. Bu barədə Rusiyanın rəsmi hüquqi informasiya portalında sərəncam dərc olunub.

Sənədə əsasən, artıq quru sərhədlərindən Gürcüstana getmək üçün artıq əsaslandırma tələb olunmur.

Qeyd edək ki, bunədək Rusiyanın Gürcüstanla quru sərhədini keçmək üçün səfərin məqsədinin təhsil, iş, müalicə və ya digər üzrlü səbəblər olduğunu sübut etmək tələb olunurdu. Sözügedən məhdudiyyətlər Rusiya hökumətinin 27 mart 2020-ci il tarixli qərarı ilə tətbiq edilib ki, bu da koronavirus pandemiyası ilə əlaqədar avtomobil, dəmir yolu, piyada və digər keçid məntəqələrində nəqliyyatın hərəkətini müvəqqəti məhdudlaşdırıb. (Mənbə: “RİA Novosti”)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru