Mask “Twitter”i almaq üçün “SpaceX”in səhmlərini satmağı planlaşdırır

18-05-2022, 09:53           
Mask “Twitter”i almaq üçün “SpaceX”in səhmlərini satmağı planlaşdırır
Amerikalı sahibkar İlon Mask “Twitter”in satın alınması barədə müqavilənin dəyərini ödəmək üçün “SpaceX”dəki səhmlərinin bir hissəsini satmağı planlaşdırır.

Bu barədə “The New York Post” öz mənbələrinə istinadən xəbər yazıb.

Bildirilir ki, Maska “Twitter”in satın alınmasını tamamlamaq üçün 44 milyard dollar lazımdır. Mümkün seçim “SpaceX”in səhmlərinin bir hissəsini satmaqdır. Əgər Mask “Twitter”i almaqdan imtina etsə, bir milyard dollar məbləğində cərimə ödəməlidir.

Mənbənin məlumatına görə, şirkət hər bir səhmi 70 dollardan satmağı planlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru