Rusiya Ukraynaya təcavüz üçün Dnestryanıdan istifadə edə bilər - Ukrayna Sərhəd Xidməti
19-05-2022, 08:02
İndiki vəziyyətə situasiya Moldova ilə sərhəddə nəzarət olunandır.
Ukrayna Dövlət Sərhəd Xidmətində (UDSX) istisna etmirlər ki, Rusiya Moldovanın Dnestryanı bölgəsindən Ukraynaya qarşı təcavüzü gücləndirmək üçün istifadə edə bilər.
UNİAN-nın müxbiri xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin spikeri Andrey Demçenko brifinqdə xəbər verib. Spiker əlavə edib ki, Moldova ilə sərhəddə - Dnestryanı seqmentində vəziyyət gəgin olaraq qalır, amma son vaxtlar əhəmiyyətli dəyişiklik yoxdur.
«Xoşbəxtlikdən sərhəd xəttində siuasiyanın gərginləşdirilməsi cəhdləri qeydə alınmayıb və ya sərhədin pozulması halı. Əlbəttə, Dnestryanı ərazisi ətrafında informasiya çoxdur, xüsusilə də sekulyativ xarakter kəsb edən informasiya. Qeyd etməliyəm ki, dəfələrlə Ukraynanı onda ittiham etməyə cəhd göstəriblər ki, guya oradan Dnestryanıya atəş açılır. Bizim tərəfimizdən qeyd etməliyəm ki, bu, belə deyil və Ukrayna aqressiv hərəkətlər etmir» - Demçenko deyib.