Rusiyaya güzəştə getmək və sülh danışıqları aparmaq mümkün deyil - Zelenskinin ofisi

19-05-2022, 08:29           
Rusiyaya güzəştə getmək və sülh danışıqları aparmaq mümkün deyil -
Rusiya Federasiyasına güzəştə getmək və sülh danışıqları aparmaq mümkün deyil.

APA-nın “Ukranews.com” saytına istinadən xəbərinə görə, bunu Ukrayna Prezidenti ofisi rəhbərinin müşaviri Mixail Podolyak “Radio NV”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyasına və ya elitasına hər hansı güzəşt "Minsk-3" anlamına gələcək ki, bu da sadəcə olaraq növbəti müharibənin daha bir, iki və ya üç illik təxirə salınması olacaq.

Podolyak Moskva ilə danışıqların mümkünsüzlüyünün digər səbəbinin isə Rusiyanın öz təcavüzünün nəticələrini tam anlaya bilməməsi ilə əlaqələndirib.

“İstənilən güzəşt onları növbəti iddialara həvəsləndirəcək. Onlar hələ də öz təbliğatlarında yaşayırlar", - Podolyak vurğulayıb.

O qeyd edib ki, Rusiya hələ də Donbasda müəyyən uğurlar əldə edə biləcəyinə inanır, lakin bu reallığa uyğun deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru