Roma papası etiraf etdi: “Ayağım üçün bir az tekilaya ehtiyacım var” - FOTO/VİDEO

19-05-2022, 10:09           
Roma papası etiraf etdi: “Ayağım üçün bir az tekilaya ehtiyacım var” - FOTO/VİDEO
Romada onu əhatəyə alan və danışmaq istəyən insanlarla səmimi və gülərüz davranan Roma papası, Katolik Kilsəsinin rəhbəri Fransisklə sağlamlığı haqqında soruşan bir tələbə arasında maraqlı bir dialoq yaşanıb.

“Papa Fransisk, ayağınız, diziniz necədir?”, – deyə tələbə papanın sağlamlığı ilə maraqlanıb.

Papa Fransisk isə bu suala zarafatla cavab verib.

“Ayağım üçün bir az tekilaya ehtiyacım var”, – deyə o, gülərək vəziyyətinin normal olduğunu bildirib. Tələbə isə cavabında Santa Martaya gələcəklərini və onun üçün bir şüşə gətirəcəklərini deyib.

Bu maraqlı hadisə kameralara əks olunub.


Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru