Ağstafada sinif otağında barama qurdu yetişdirilir

1-06-2016, 19:43           

Ağstafa rayon Siracəddin Məmmədov adına Poylu kənd orta məktəbinin sinif otaqlarında barama qurdu yetişdirilir.

Bu sensasiyalı məlumatı Moderator.az -a kənddə yaşayan sakinlər verib. Sakinlərin bildirdiyinə görə, məktəbdə barama qurdunun yetişdirilməsi tapşırığını icra başçısı verib. Övladları məktəbdə oxuyan valideyinlərin sözlərinə görə, kənd məktəbində barama qurdlarına olan qayğı onların övladlarına olan qayğıdan yüksəkdir. Belə ki, şagirdlərin sinif otaqlarının şüşələri sınıq olduğuna görə otaqlarda dərs keçmək çox çətindir.

Ağstafa sakinlərinin verdiyi xəbərə görə, rayonun icra başçısı digər kəndlərdə hətta bağça və xəstəxanalarda belə barama qurdu saxlamaq tapşırığı verib. Moderator.az Ağstafanın digər kəndlərdə olan qurd yuvaları haqda məlumat və fotoları oxuculara təqdim edəcək.

P.S: Qarşı tərəfə cavab hüququ tanıdığımızı bildiririk və mövqeyini olduğu kimi işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.