Bakı Dövlət Universitetində (BDU) sonuncu - IV kurs tələbələri iki aydır təqaüd ala bilmirlər. Aprel və may aylarının təqaüdlərininin niyə gecikdirilməsi barədə isə onlara heç bir məlumat verilmir.
BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Məzahir Pənahov azvision.az-a açıqlamasında faktı qismən təsdiqləyib.
"Aprel ayının təqaüdlərində gecikmə yoxdur. Amma IV kurs tələbələri may ayının 29-da sonuncu imtahanı veriblər və onların imtahan nəticələri Təqaüd komissiyasında təhlil olunur. Məhz buna görə bütün IV kursların universitet üzrə təqaüdləri verilməyib. Onların təqaüdləri iyun ayının ilk ongünlüyünə qədər veriləcək", - deyə Məzahir Pənahov bildirib.