Kəlbəcərdə baş verən qəza zamanı həlak olan şəxs polkovnik-leytenant imiş - FOTO

2-02-2023, 08:48           
Kəlbəcərdə baş verən qəza zamanı həlak olan şəxs polkovnik-leytenant imiş - FOTO
Ötən gün Kəlbəcərin Qılınclı kəndi ərazisində “Niva” markalı avtomobilin idarəetməni itirərək Tərtər çayına aşması nəticəsində həlak olan şəxs polkovnik-leynenant olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə nəticəsində həlak olan 1981-ci il təvəllüdlü Nurlan Babayev bir müddət əvvəl ordu sıralarından təaqüdə çıxıb və Kəlbəcərdə mülki işçi kimi çalışıb.

21 il Azərbaycan ordusunda xidmət edən Nurlan Babayev Türkiyədə təhsil alan zabitlərdən olub. O, Ağdam, Tərtər, Gəncə və Naxçıvanda xidmət edib. Əslən Bakıdan olan N.Babayev bu gün paytaxtda dəfn olunacaq.

Qeyd edək ki, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru