Yapon ekspertdən şok: Daha bir güclü zəlzələ olacaq - VİDEO
7-02-2023, 09:25
Yaponiyalı zəlzələ üzrə ekspert Yoşinori Morivaki Türkiyədə baş verən yeraltı təkanı dəyərləndirib.
O, bu gün baş verən 7,4 və 7,7 bal gücündəki yeraltı təkanın 10 bala bərabər olduğunu bildirib. Eyni zamanda, Mərmərə bölgəsində dağıdıcı zəlzələnin yaxın vaxtda baş verə biləcəyi proqnozunu da irəli sürüb.