Rusiya təyyarəsi Belarusda vuruldu

1-03-2023, 09:24           
Rusiya təyyarəsi Belarusda vuruldu
Rusiyaya məxsus kəşfiyyat təyyarəsi Belarusda dronlarla vurulub.

Cebhe.info xəbər verir ki, bu haqda Belarus mətbuatı məlumat yayıb.

Bildirilib ki, təyyarənin vurulmasını bir qrup aktivist həyata keçirib.

Belarusda hökumət əleyhinə fəaliyyət göstərən BYPOL təşkilatının lideri Aliaksandr Azarov isə açıqlama yayaraq bildirib ki, bunu bir neçə aydır planlaşdırırlar, gələcəkdə daha çox işlər görəcəklər.

Qeyd edək ki, kəşfiyyat təyyarəsinin dəyəri 280 milyon avrodur. “Beriev A-50” model kəşfiyyat təyərrəsindən Rusiyanın hərbi arsenalında cəmi 9 ədəddir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru