Son iki ildə Baş Prokurorluqda mediada getmiş məlumatlarla bağlı səkkiz cinayət işi başlanıb

1-03-2023, 11:13           
Son iki ildə Baş Prokurorluqda mediada getmiş məlumatlarla bağlı səkkiz cinayət işi başlanıb
“2022-ci ildə mediada getmiş məlumatlarla bağlı beş cinayət işi başlamışıq, bəziləri məhkəməyə göndərilib”. “Report” xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev deyib.

Onun sözlərinə görə, 2021-ci ildə isə Baş Prokurorluqda mediada getmiş məlumatlarla bağlı üç cinayət işi başlanıb: “Gördüyünüz kimi artım tendensiyası müşahidə olunur. Burada yalnız cinayət işlərindən söhbət gedir. Mediada gedən çoxlu materiallar var ki, onlarla bağlı biz digər təsir tədbir aktları tərtib etmişik. Yəni xəbərdarlıq etmişik, inzibati icraata başlamışıq.

Burada söhbət mətbuat işçilərindən getmir. Yəni onların məlumatı əsasında digər vəzifəli şəxslər barədə müəyyən tədbirlər həyata keçirilib. Hesab edirəm ki, biz bu sahəni inkişaf etdirməliyik və media ilə işguzar əlaqələr qurmalıyıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru