Erməni HƏYASIZLIĞI: Guya atəşə tutulublar... - Danışığa gəlmələri nə,

2-03-2023, 10:45           
Erməni HƏYASIZLIĞI: Guya atəşə tutulublar... -
Xankəndindəki separatçı erməni mediası guya Azərbaycan ordusunun təsərrüfat işləri məşğul olan erməni kəndlilərə bir neçə dəfə atəş açması haqda məlumat yayıb.

TEREF.AZ Moderator.az-a istinadla xəbər verir ki, sözügedən mənbələrin yaydığı məlumata görə, martın 1-i saat 14.00 radələrində (Moskva vaxtı ilə 13.00) “Belarus” traktoru ilə "Berdaşen" adlandırdıqları Qarakənd kəndində kənd təsərrüfatı işləri aparan 59 yaşlı S.Vardanyan atəşə tutulub, atəşdən sonra iş dayandırılıb.

Xəbərdə o da deyilir ki, Xocalı rayonundakı qondarma separatçı "polis" əməkdaşları kəndlilərin atəşə tutulması ilə bağlı materialları Rusiya "sülhməramlıları"na ötürüblər.

Dünən Moskva vaxtı ilə saat 19.00-da dərc olunan Rusiya "sülhməramlı" kontingentinin məlumat bülletenində Qarabağda atəş tutulması barədə hələki məlumat yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru