Ukrayna ordusu PUA-larla Krımdakı Rusiya hərbi hissəsinə zərbə endirib

2-03-2023, 11:42           
Ukrayna ordusu PUA-larla Krımdakı Rusiya hərbi hissəsinə zərbə endirib
Ukrayna ordusu ötən gecə 2 pilotsuz uçuş aparatı (PUA) ilə Rusiyanın işğal altındakı Krımdakı hərbi hissəyə zərbə endirib.

TEREF.AZ “Report”a istinadla xəbər verir ki, bu barədə məlumat teleqram kanallarında yayılıb.

Hərbi hissə Krımın Səki rayonunda yerləşir.

PUA-lardan birinin vurulduğu, partlayış nəticəsində itkilərin olmadığı bildirilib.

Qeyd edək ki, Rusiya Müdafi Nazirliyi martın 1-də Ukraynanın 10 PUA ilə Krıma hücum etdiyi barədə məlumat yaymışdı.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski söyləmişdi ki, müharibə yalnız Krım azad olunandan sonra başa çata bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru