Cənubi Koreyada naməlum şəxs 13 nəfəri yaraladı - VİDEO

4-08-2023, 13:24           
Cənubi Koreyada naməlum şəxs 13 nəfəri yaraladı - VİDEO
Cənubi Koreyanın Seul yaxınlığındakı Sonqnam şəhərində naməlum şəxsin bıçaqla hücumu nəticəsində ən azı 13 nəfər yaralanıb.

Bildirilir ki, hadisə şəhərin ən böyük ticarət mərkəzində baş verib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hücumçu əvvəlcə şəxsi avtomobili ilə ticarət mərkəzinin girişində olan insanlara çırpılıb, sonra içəri keçərək bıçaqla onlara hücum etməyə başlayıb.

Hadisə yerinə gələn polis cinayətkarı saxlayıb. O, iyirmi yaşlı çatdırılma xidmətinin işçisidir.
Hadisənin motivləri barədə məlumat verilmir.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.