Somalidə atlet qalmaqalı - Federasiya prezidenti işdən çıxarıldı
4-08-2023, 15:34
Çində keçirilən Ümumdünya Universitet Oyunlarında qəribə anlar yaşanıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, yarışa əslində idmançı olmayan somalili Nasra Abubakar Əli də qatılıb.
Nasra Abubakar Əli 100 metr məsafəni 21,81 saniyəyə bitirib və həmin məsafəni qət etmək üçün qalibdən 2 dəfə çox vaxt sərf edib.
Video sosial şəbəkələrdə trend olduqdan sonra Somali Gənclik və İdman Nazirliyi Nasra Abubakar Əlinin nə idmançı, nə də qaçışçı olduğunu bildirib.
Araşdırmalardan sonra məlum olub ki, Nasra Abubakar Somali Atletika Federasiyasının prezidentinin qohumudur.
Federasiya prezidenti Khadijo Aden Dahir vəzifədən sui-istifadə, qohumbazlıq (nepotizm) və beynəlxalq aləmdə xalqın adının ləkələnməsi əməlləri ilə məşğul olduğuna görə vəzifəsindən azad edilib.