Ermənistan sərhədində yük daşımaları dayandırıldı

6-05-2025, 10:47           
Ermənistan sərhədində yük daşımaları dayandırıldı
Ermənistan-Gürcüstan sərhədindəki Qoqavan-Ququt keçid məntəqəsindən ağır yük avtomobillərinin hərəkəti dayandırılıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, Gürcüstan tərəfində kabelin zədələnməsi səbəbindən ərazidə internet xidməti kəsilib, keçid məntəqəsi bir müddət işləməyəcək.

Komitə kommunikasiyalar bərpa olunmayana qədər bu keçid məntəqəsindən ağır maşınların hərəkətinə icazə verilməyəcəyini bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru