“Azbentonit”in acı günləri

11-08-2015, 13:01           
“Azbentonit”in acı günləri
İlham Əliyevə verilən vədlər özünü niyə doğrultmadı?

2004-cü ildə dövlət başçısı Ilham Əliyevin iştirakı ilə açılışı həyata keçirilmiş "Azbentonit” zavodu acı günlərini yaşayır. Xatırladaq ki, açılış zamanı dövlət başçısına zavodda 2500 adam çalışdığı və bu rəqəmin yaxın gələcəkdə 15000 nəfərə çatdırılacağına söz verilmişdi. Bu rəqəm rəsmi mənbə olan AZƏR TAC-ın 14.07.2004-cü ildə zavodun açılışı zamanı hazırladığı rəsmi xronikadan götürülüb. Həqiqətdə isə açıldığı gündən bu günə kimi zavodda 600 nəfərdən artıq adam çalışmayıb.

Redaksiyamıza daxil olan məlumatda deyilir ki, hazırda zavodda icraçı direktor vəzifəsində işləyən Yasin Xəlilov müəssisəyə parlaq gələcək vəd edən 20 alimi müxtəlif vaxtlarda zavoddan kənarlaşdırmağa nail olub. Bununla kifayətlənməyərək mütəxəssisləri, zavodun ilk günlərindən müxtəlif sahələrdə işləyən bacarıqlı işçiləri ayrı-ayrı bəhanələrlə işdən azad edib.

Işdən azad olunub müxtəlif rayonlarda iş axtarmaq üçün dövlət məşğulluq idarələrinə üz tutanların sayı günü-gündən artmaqda davam edir. Hədəfə alınan əsas işçilər təchizat və satış şöbələrinin işçiləridirlər. Bu da ondan irəli gəlir ki, direktor təchizatla və satışla birbaşa özü məşğul olmağa çalışır.

Məlumatlara görə, direktor zavoda hər ay Türkiyədən kimyəvi qatqılar adı altında Masazırdakı evindən müxtəlif qablarda su və ya toz halında mel gətirir. Bunları təchizat şöbəsinin "Azbentonit”ə məxsus əvvəlcə UAZ sonradan isə QAZEL markalı maşını ilə gətizdirir, sifariş yazdırır, nəğd pul çıxarır. Bu yolla əldə etdiyi gəlir hər ay on minlərlə manat məbləğində ölçülür. Şübhəsiz bu əməliyyatlarda iştirak edən adamların hamısı - iz itirilsin deyə - ona ən yaxın adamlardır. Məsələn, sürücü həmyerlisidir, təchizatçı bu gün şahidlik etməsin deyə işdən azad edilib, baş mühasib - öz kadrı yaxın adamı həmyerlisidir, sex sahə rəisləri, texnoloqlar dost, bacıoğlu və qohumlar, biləvasitə boya istehsalında işləyən fəhlələr hamısı qohum, laboratoriya müdiri, laboratoriya texnoloqları və digər işçiləri tələbə yoldaşları və dostlarıdır.

Eyni vəziyyəti satışda da yaradıb. Əlbəttə belə olan halda ona mane ola biləcək insanlar təcili işdən azad olunmalı idi.

Iddialara görə, icraçı direktor tərəfindən mənimsənilən pulların bir hissəsi elə "Azbentonit” zavodunun lap yaxınlığında həyat yoldaşının adına olan zavoda yatırılıb. Digər bir hissəsi isə məsələn, zavoda olan pul borcları barter üsulu ilə mənzil kimi yaxın qohumlarına, dostlarına verilib.

Əvvəllər işdən azad edilmiş işçilərin dediklərinə görə fəhlə əməyindən qul kimi istifadə olunur, sutkanın 12 saatını işlədib 8 saat yazılır, 300-40 man aylıq əmək haqqı ödənilir. Deyilənlərə görə yenilikcə gündüz növbəsinin fəhlələrinə bir manat əlli qəpiklik pulsuz yemək verirlər ki, narazılıqlar olmasın.
Xalq Xeber.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.