Şəhidlər Xiyabanında intihara cəhdin qarşısını polis aldı - Həqsızlığa uğramış vətəndaşlardan ŞOK addım FOTO

19-01-2018, 23:49           
Şəhidlər Xiyabanında intihara cəhdin qarşısını polis aldı - Həqsızlığa uğramış vətəndaşlardan ŞOK addım FOTO
İş adamı, keçmiş polis işçisi, müharibə veteranı Natiq Hacıyev və daha iki iş adamı bu gün intihar etməyə cəhd edib.
Bu haqda teref.az məlumat vermişdi, hətta məluamtı satda yerləşdirəndən sonra məlumatın ciddiliyini nəzərə alaraq 102 polis çağrı mərkəzinədə xəbər verərək öz vətəndaş borcunu yerinə yetirmişdir. Bu addımları haqda sosial şəbəkədə məlumat verən iş adamları bunu qarşılaşdıqları haqsızlıqlaral əlaqələndirir. Belə ki, onlar dələduzluqla qarşılaşdıqlarını deyir və əmlaklarının əllərindən alınmasının faciəsini yaşayıdıqlarını dilə gətirirlər.

Tərəf. İnfo bildirir ki, bu gün Şəhidlər xiyabanında Əbədi məşəl abidəsinin yaxınlağında intihara cəhd etmək istəyən, evi və əmlakı dələduzluqla əlindən alınan Natiq Hacıyev və daha iki nəfərin şəhidlər xiyabanında intihara cəhdinin polislər tərəfindən qarşısı alınıb.

Xatırladaq ki, Natiq Hacıyev bu aksiyaya əl atmazdan öncə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Əvəz adlı müstəntiqinə səsli və yazılı mesaj göndərib. Xocəvənd rayon Polisinin keçmiş əməkdaşı və müharibə veteranı olan Natiq Hacıyev və daha iki nəfər iş adamı bizə müraciətlərində haqsızlıqla üzləşdiklərini bildirmişdilər. Onlar bu iddiadadırlar ki, aidiyyatı üzrə müraciət etdikləri inistansiyaların əməkdaşları baş verən bu dələduzluqda az qala tərəf kimi çıxış edirlər. Belə ki, dəfələrlə müraciət edilməsinə, şikayət edilməsinə baxmayaraq müstəntiqlər və tədqiqtçılar zərəçəkmişlərin dələduzluqda ittiham etdikləri adamların tərəfini saxlayır.
Natiq Hacıyevin Əvəz adlı müstəntiqə yazılı müraciətini tqdim edir.

teref.az saytının əldə etdiyi məlumata görə bu gün 3 nəfər Şəhidlər Xiyabanında intihara cəhd etmişlər.Lakin polisin sayıqlığı faciənin qarşısını almışdır.
teref.az

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.