Qubada hərbi bilet “bazar”ı açılıb

28-08-2015, 12:29           
Qubada hərbi bilet “bazar”ı açılıb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Quba rayon şöbəsi də qanunsuzluqda geri qalmır.

TİA.AZ xəbər verir ki, polkovnik-leytenant Çingiz Kiçibəyovun yol verdiyi ciddi nöqsanlar, adıçəkilən rayonun hərbi çağırışçıları və onların valideynlərinə yaratdığı süni əngəllər bir dosye kimi cildlənə bilər.
Hərbi Prokurorluq SHXÇDX-nin Quba rayon şöbəsində araşdırma aparsa, polkovnik-leytenantın vəziyyəti heç də yaxşı olmayacaq.
Əvvəllər Səfərbərlik Xidmətinin Şəki rayon şöbəsində ikinci şöbənin rəisi, sonra isə adıçəkilən qurumun Neftçala rayon şöbəsində üçüncü şöbənin rəisi vəzifəsində çalışan Çingiz Kiçibəyov SHXÇDX-nin Quba rayon şöbəsində «hərbi bilet bazarı» açıb.
Gundelik-baku.com-a rayon sakinləri bildiriblər ki, hazırda rayonda sağlam gənclərin əsgərlikdən yayınması problem deyil. Ona görə ki, Ç.Kiçibəyov istənilən şəxsin bu arzusunu müəyyən «şərt» qarşılığında həyata keçirir.
Qubalılar iddia edirlər ki, hərbi bilet almağın, yəni sağlam çağırışçının «komsovat» edilməsi 8-10 min manata başa gəlir. Kiçibəyov məclislərdə “Arzu Rəhimovun payını verirəm, buna görə də mənə dəyməz”, deyə arxayınlığının səbəbini bununla izah edir.
Məlumatlı şəxsin sözlərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov və ümumilikdə adıçəkilən qurum haqda mətbuat yayılan tənqidi yazıların səbəbkarı məhz odur.
Kiçibəyov məhz qohumu olan sayt rəhbərinin vasitəsi ilə barəsində yayımlanan tənqidi yazılarla bağlı yaranmış problemləri yoluna qoymaqla yanaşı, Arzu Rəhimov və Səfərbərlik Xidməti haqda bilgiləri də özünə yaxın olan kütləvi informasiya vasitələrinə ötürür.
Rayonda fəaliyyət göstərən hərbi həkim komissiyası Çingiz Kiçibəyovla əlbir olaraq hərbi xidmətdən yayınmaq istəyən gənclərin «iş»ini həll edirlər. Yəni həkimlər «niqodnıy» bilet almaq istəyən çağırışçıları müəmmalı sənədlər əsasında xəstə çıxarıb hərbi xidmətə yararsız hesab edirlər. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.