Sabirabad fermerlərinin Hüseynağa Gülüşov problemi

28-08-2015, 20:50           
Sabirabad fermerlərinin  Hüseynağa Gülüşov problemi
Sabirabad fermerləri dövlət başçısına və kənd təsərrüfatı naziri Heydər Əsədova müraciət ediblər. DİA.AZ-a daxil olan məlumata əsasən Sabirabadda maliyyə idarəsinin rəisi Hüseynağa Gülüşov Kislovodsk şəhərində istirahətdədir. Bu isə rayondakı fermerlərə rəsmən problem yaradır.

Dia.az-a danışan mənbə iddia edir ki, hazırda dövlət büdcəsindən ayrılan və biçin tarla mövsümü ilə əlaqədar olaraq ayrılan hər hektara görə 40 manatlıq subsidiyalar verilməyib.

Sabirabad fermerləri bildirir ki, bütün rayonlar subsidiyaları alsalar da, Sabirabadırn maliyyə şöbəsinin müdiri Hüseynağa Gülüşov istirahət etdiyinə görə, problemlər yaranıb.

Mənbənin dia.az-a söylədikləri: “Fermerlər indi Hüseynağa Gülüşovu gözləyirlər. Yəni durumumuz maliyyə şöbəsinin müdirinin kefinin halından asılıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru