Cahangir Hacıyev 3 nüfuzlu fiquru sıradan çıxara bilər... - ABB-nin sabiq şefi kimləri "baqaja qoyur"?

29-08-2015, 11:24           
Cahangir Hacıyev 3 nüfuzlu fiquru sıradan çıxara bilər... - ABB-nin sabiq şefi kimləri "baqaja qoyur"?
Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin "kredit qalmaqalı" ilə bağlı hesabat hazırladığı barədə məlumat vermişdik. İstiqlal.az-a bu hesabatla bağlı bəzi təfərrüatlar bəlli olub. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, Cahangir Hacıyev bu hesabatı məxsusi prezident İlham Əliyevə təqdim etmək üçün hazırlayıb.

Lakin hələ ki, keçmiş bankir prezidentin qəbuluna düşə bilməyib. Məlumatda bildirilir ki, Cahangir Hacıyev prezident İlham Əliyevin onu qəbul etməməsini 3 nəfərin ölkə başçısına verdiyi yanlış məlumatlarla izah edir. Bu şəxlər Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov, maliyyə naziri Samir Şərifov və Beynəlxalq Bankın İdarə Heyəti sədrinin müavini Emil Mustafayevdir. İddia olunur ki, Cahangir Hacıyev "kredit qalmaqalı"nın ssenari müəllifi kimi məhz bu 3 nəfəri ittiham edir.

Keçmiş bankirin hazırladığı hesabata gəlincə, iddia olunur ki, sənəddə iri məbləğli kreditlərin hansı yüksək vəzifəli nəmurların və hakimiyyətə yaxın nüfuzlu şəxlərin xahişi ilə verilməsindən tutmuş, Cahangir Hacıyevin özünün və yaxınlarının kreditlər hesabına gördüyü işlərə qədər bütün detallar əks olunub. Məsələn, Cahangir Hacıyev Beynəlxalq Bankdan götürülən kreditlər hesabına açdığı zavod və fabriklərin, qurduğu şirkətlərin nə qədər rentabelli olduğunu faktlarla əsaslandırıb.

Cahangir Hacıyevin hesabatda bu məsələyə xüsusi diqqəy ayırmasının səbəbi rəqiblərinin keçmiş bankirin yaxınlarının Beynəlxalq Bankdan götürdüyü kreditlərin havaya sovrulduğu barədə prezidentə məlumat vermələri ilə bağlıdır. Əldə etdiyimiz xəbərdə bildirilir ki, Cahangir Əsgərov əmindir ki, prezident hesabatla tanış olduqdan sonra ona qarşı sərt münasibəti dəyişəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.