Əli Həsənov, Səlim Müslümov və Heydər Əsədovun adamlarının başı dərddə - Məsuliyyətə cəlb oluna bilərlər

7-05-2018, 00:50           
Əli Həsənov, Səlim Müslümov və Heydər Əsədovun adamlarının başı dərddə - Məsuliyyətə cəlb oluna bilərlər
Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 18-də keçirilən andiçmə mərasimində anons etdiyi struktur islahatları və hökumətdəki dəyişiklikləri gerçəkləşdirdi.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqlənməsi haqqında imzaladığı son iki sərəncamı ilə iqtidar komandasının bəzi üzvləri kənarda qaldı.

Baş nazir Artur Rasizadə təqaüdə göndərildi, onun yerinə Novruz Məmmədov gətirildi. Baş nazirin müavinləri Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abbasov da vəzifələrini itirdilər.

Əvəzində Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov baş nazirin müavini postuna aparıldı.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vəzifəsindən uzaqlaşdırılaraq, yerinə iqtisadiyyat nazirinin müavini Sahil Babayev təyin edilib.

Kənd təsərrüfatı naziri vəzifəsindən azad edilən Heydər Əsədovun yerinə ASAN Xidmət-in sədri İnam Kərimov təyinat alıb.

Milli Məclisin deputatı Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrliyində sələfi Əli Həsənovu əvəzləyib.

Yeni təyinatlar bununla bitməyib. Ceyhun Bayramov təhsil naziri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov vəzifəsindən uzaqlaşdırılan Nazim İbrahimovun yerinə Diasporla iş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Həmçinin, Səfər Mehdiyev vəzifəsindən azad edilən Aydın Əliyevin əvəzinə Dövlət Gömrük Komitəsinin sədriliyinə gətirilib.

Yeni yaradılan Dövlət Turizm Agentliyinin sədri isə Fuad Nağıyev olub. Milli Məclisin deputatı Vüsal Hüseynov isə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə təyinat alaraq, sələfi Firudin Nəbiyevi əvəzləyib.

Hökumətdəki dəyişikliklər bütün diqqəti yeni rəhbər təyinatı gerçəkləşdirilən qurumlara yönəldib.

Modern.az-ınməlumatına görə, yeni təyinatların gerçəkləşdiyi dövlət qurumlarında keçmiş rəhbərliyinbaşı dərddədir. Belə ki, hazırda Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, o cümlədən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ciddi araşdırmalar aparılır. Araşdırmaların nəticəsi olaraq artıq məsuliyyət məsələsi gündəmə gəlib. Keçmiş rəhbərliyin bir sıra əməkdaşları məsuliyyətə cəlb oluna bilərlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.