"Bakcell" müştərilərinə fırıldaq gəlməkdən yorulmadı - ŞİKAYƏT
11-09-2015, 16:40
Türkiyədə artıq bu qanun qəbul edilib. Türkiyədə vətəndaşın razılığı olmadan mobil rabitə operatoru ona hər hansı bir reklam xarakterli sms yollaya bilməz. Azərbaycanda Milli Məclis səviyyəsində müzakirə edilən, hətta Rabit və Yüksək Texnialogiyalar Nazirliyinin təqdimatı ilə hökumətə təkliflər yollanan reklam sms-ləri ilə bağlı vəziyyət olduqca bərbaddır. Xüsusilə də ölkədə fəaliyyət göstərən 3 operatordan biri olan Bakcell-də. Sanki nə ətraf çoğrafiyada, nə də ölkə daxilində qanunverici orqanın, nazirliyin iradlarını belə veclərinə almırlar. Tam xalq dili ilə desək Bakcell şirkəti vətəndaşlara kələk gəlməklə abunəçiləri aldadaraq onların balanslarını yeyirlər.
Məsələn hər gün Bakcell abunəçiləri onlara gələn reklam xarakterli sms-lərlə bağlı operatorun mərkəzi ofisinə şikayət edirlər. Amma vətəndaşların aldıqları cavab olduqca ilgincdir. GUNDEMİNFO.AZ-a müraciət edən vətəndaşlar bildirirlər ki, operatorlar abunəçiləri ilə bağladıqları müqavilələrindəki müvafiq şərtləri pozaraq reklam sms-lərinə cavabdeh olmadıqlarını bildirirlər. Hansı ki, abunəçisi qarşısında öhdəlik götürürərək onlara yüksək səviyyədə mobil rabitə xidməti göstərəcəyini bildirən şirkət reklam sms-lərinə də cavabdeh olmalıdır.
Bundan başqa hər gün yerli mətbuatda özünü reklam edən Bakcell şirkəti guya əhatə dairəsini genişləndirdiyini iddia edir. Amma Bakıdan cəmi 7 kilometr aralıda yerləşən Xırdalan və Masazır sakinləri iddia edirlər ki, şəbəkə ilə bağlı mütəmadi olaraq problemləri yaranır. GUNDEMİNFO.AZ-a müraciət edən vətəndaşlar onların reklam sms-ləri ilə bağlı olaraq operatorun mərkəzi ofisinə etdikləri şikayətləri də cavabsız qalır. Hər halda Bakcell 9573 operatorundan və ya 8555 saylı reklam xarakterli operatorlardan gələnlərlə bağlı olaraq narazılıqlar yaşanmaqdadır.
Bu operator isə heç kimi nə qanunverici orqanı, nə də rəsmi icra qurumlarının iradlarını nəzərə almır. Bu operatorda böhran davam edir…