Əhəd Abıyev Mircəfər Bağırovun saldırdığı meşəni məhv edərək, özünə qəsr tikir - DAŞKƏSƏNDƏ NARAZILIQ

11-09-2015, 23:34           
Əhəd Abıyev Mircəfər Bağırovun saldırdığı meşəni məhv edərək, özünə qəsr tikir - DAŞKƏSƏNDƏ NARAZILIQ
Ölkə prezidenti cənab İlham Əliyevə ünvanlı müraciətdə Əhəd Abiyevin Xoşbulaqdakı toxunulmaz dövlət torpaq sahələrini vəhşicəsinə dağıdaraq hasarlamasını, torpağın darmadağın edilərək xəndəkləməsi qeyd olunub

Həmçinin, icra başçısının Mir Cəfər Bağırovun vaxtında salınmış meşə ərazisinin mərkəzində ağacları kəsdirərək möhtəşəm qəsr tikdirməsi narazılıq douğrub.

Daşkəsəndə məmur zülmü ərşə dirənib. Ucqar dağ bölgəsinin sakinləri rayon rəhbərliyinin özbaşınalıqlarından və əhaliyə qarşı qanunsuzluqlardan cana doyub.

Sakinlər qeyd ediblər ki, rayon icra başçısı Əhəd Abıyev öz qanunları ilə Daşkəsəni idarə edir. Onun fəaliyyətindən bezən rayon camaatı prezidentə məktub göndərib. Müraciətdə rayona yeni icra başçısının təyin olunması xahiş olunur.

Sakinlər xatırladıblar ki, bu günlərdə prezident sərəncamı ilə bir neçə icra başçısı dəyişdirildi. Onlar oxşar qərarın Daşkəsənlə də bağlı verilməsini istəyirlər. Buna səbəb geridə qalan dövr ərzində Ə.Abıyevin heç bir iş görməməsi, ayrılan vəsaitləri çapıb talaması, ətrafındakı məmurlara əhaliyə zülm etməyə şərait yaratması göstərilir.

“Mən 1996-cı ildən Daşkəsəndə kənd və fermer təsərrüfatı ilə məşğul oluram. Təəssüf ki, təsərrüfatıma ayrılmış 130 hektara yaxın torpaq sahəsindən istifadə edə bilmirəm. Çünki torpağım icra başçısı Əhəd Abıyevin rəhbərliyi altında başqa şəxslərə satılır.

Bu işi ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon Şöbəsinin müdiri Şahbaz Mehtiyev həyata keçirməkdə davam edir. Komitə ləğv olunandan sonra icra başçısı onu bu “xidmətlərinə” görə işsiz qoymayıb, yeni vəzifəyə təyin edib”.

Bu barədə Daşkəsən rayon, İ.Qayıbov küçəsi 45, ev 21-də yaşayan, “Sahil-M” kiçik müəssisəsinin rəhbəri Məmmədova Nuriyyə Cəlil qızı bildirib. Şikayətçi ona məxsus torpaq sahəsi üzərində pozulmuş hüquqlarının bərpa olunmasını tələb edir.

N.Məmmədova bildirir ki, zəbt olunmuş torpaqlarının təsərrüfatına qaytarılması üçün Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Kənd Təsərrüfatı Nazirliyinə və məhkəməyə müraciət edib.

Prezident İlham Əliyev bu ilin-2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması haqda sərəncam verib. Yerli icra hakimiyyəti sərəncamı icra etmək əvəzinə, yerli fermerə məxsus torpaq sahəsini satır.

Digər məlumat Daşkəsənin məşhur Xoşbulaq istirahət mərkəzi haqdadır. Xoşbulaq qəsəbəsində icra başçısının müavini rayonun yaylaq ərazilərini fermerlərə satıb. Özü üçün biznes sahəsi yaratmasını qeyd etməkdən başqa, o, Ə.Abıyevin burada özü üçün görünməmiş mülklər tikib.

Prezident cənab İlham Əliyevə ünvanlı müraciətdə Ə.Abiyevin Xoşbulaqdakı toxunulmaz dövlət torpaq sahələrini vəhşicəsinə dağıdaraq hasarlamasını, torpağın darmadağın edilərək xəndəkləməsi qeyd olunub.

Həmçinin, Mir Cəfər Bağırovun vaxtında salınmış meşə ərazisinin mərkəzində ağacları kəsdirərək möhtəşəm qəsr tikdirməsi narazılıq douğrub.

Xoşbulağın girişindəki gölün kənarında yerləşən qəbirstanlığın qarşısında restoran yaratması da etirazla qarşlanıb.

Bundan əlavə, Daşkəsən Filizsaflaşdırma Kombinatının direktoru rayonu çapıb talayır. Rayonda dəmir filizi mədəninə direktorluq edən Ələddin Sadıqov yeraltı sərvətlər hesabına malikanələrə, bahalı avtomobillərə sahiblənib.

Verilən xəbərdə deyilir ki, Ə.Sadıqov Bakıda üçotaqlı mənzil, Gəncədə üçmərtəbəli villa və ticarət məntəqəsi, Daşkəsənin Xoşbulaq yaylağında 12 sotluq bağ evinə malikdir. Bu mal-mülkə yiyələnən Ə.Sadıqov məhz dəmir filizindən gələn milyonların hesabına varlanıb. Bu əlaqələrin genişlənməsində rayonun icra başçısı Əhəd Abıyevin də rolu var. (tia.az)

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.