Ağalar Vəliyev məqsədli şəkildə problem yaradır

26-09-2015, 13:59           
Ağalar Vəliyev məqsədli şəkildə problem yaradır
Deputat hətta maaş tələb edən işçilərdən birinə "get, pulunu Prezident Administrasiyasından istə" deyərək, etiraz ünvanı da göstərib

"Azəraqrartikinti" Səhmdar Cəmiyyətini rəhbəri, deputat Ağalar Vəliyev ciddi maliyyə problemlərilə üz-üzədir. Bunu Dia.az-a məlumatlı mənbə bildirib.

Xəbəri verən qaynağın iddialarına görə, Binəqədidə baş verən faciə zamanı yanan binanın təmirini üstələnmiş deputatın şirkətində ciddi maliyyə sıxıntıları yaşanır.

Mənbə bildirir: "İşçilər maaşlarını ala bilmirlər. Ağalar Vəliyev isə onlara vəd olunan 5 milyon manatın hamısının köçmədiyini deyir. Amma bu heç də işçiləri maraqlandırmır".

Mənbə bildirir ki, deputat hətta maaş tələb edən işçilərdən birinə "get, pulunu Prezident Administrasiyasından istə" deyərək, etiraz ünvanı da göstərib.

Hər halda, bu hadisə yenidən deputat olmaq istəyən və adı YAP-ın siyahısında yer alan Ağalar Vəliyevə başucalığı gətirə biləcək hadisə deyil və deputatın bu yönəltməsinə görə başının ağrıyacağı mütləqdir.

Qarşı tərəfi də dibləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru