Süleyman Mikayılovdan Kəmaləddin Heydərova “sürpriz”

27-09-2015, 21:36           
Süleyman Mikayılovdan Kəmaləddin Heydərova “sürpriz”
Seçki öncəsi hakim düşərgədə ehtimal edilən kadr islahatları, iri oliqarxlar arasındakı ziddiyyətlərin qurbanlıqları artıq öz nəticəsini göstərməkdədir.

Belə ki, son baş verənlər “yol bossu” Ziya Məmmədovun bitirilməsi anlamına gəlir. Bu isə dolayısı ilə hakim komandanın ” fövqəlnaziri” Kəmaləddin Heydərovun daha bir rəqibini sıradan çıxarması deməkdir. Ancaq proseslərin belə yumşaq və tezliklə başa çatacağını düşünmək düzgün olmazdı.

Bütün cəbhə boyu məğlub olan və mövqelərini itirən Ziya Məmmədovun cavab zərbəsi gözləniləndir. Eyni zamanda K.Heydərovun Ziya Məmmədov kimi bir oliqarxı bitirməsi digər irili-xırdalı məmurlar üçün də ” dərisi boğazından çıxarılan tülkü qardaşdan götürülən dərs” anlamına gəlir.

Buna görə də, nəqliyyat şefinin cavab zərbəsində həmin “dərs alanlar”-ın da payı ola bilər. Hakim komanda daxilində baş verənlərdən məlumatlı mənbənin “cumhuriyyet.az-a bildirdiyinə görə, fövqəlnazirə qarşı ilk təxribat nöqtəsi olaraq, Qaradağ rayonu planlaşdırılır.

Xatırladaq ki, Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov K. Heydərovun komandasına daxildir və onun yaxın adamlarından sayılır. “Fövqəlnazir”-ə qarşı planda Qaradağ rayonunun seçilməsi isə birbaşa icra başçısının yarıtmaz fəaliyyəti ilə bağlıdır. ” Karxanalar kralı” kimi tanınan S. Mikayılov bu illər ərzində rayon sakinləri, sahibkarlar arasında böyük narazılıqlar yaradıb.

Zaman-zaman özünün, qardaşının və digər yaxınlarının adı müxtəlif qalmaqallarda hallanan S. Mikayılov rayonda baş qaldıracaq narazılığı yatırtmaq üçün yetərli nüfuza da malik deyil. Parlament seçkiləri öncəsi belə bir narazılığın baş verməsinin isə təsirinin yalnız S. Mikayılovla məhdudlaşmayacağı, “fövqəlnazir”-in də bundan ziyan çəkəcəyi bəllidir. dosye orq
TEREF.İnfo












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.