Ağdam səhiyyəsini iflic edib, deputatlığa hazırlaşır

29-09-2015, 01:00           
Ağdam səhiyyəsini iflic edib, deputatlığa hazırlaşır
118 saylı Ağdam şəhər Seçki Dairəsində qızğın seçki yarışı gözlənilir.
TİA.AZ-a daxil olan xəbərə görə, hakim partiya bu dairədən rayon Mərkəzi Xəstəxanasının baş həkimi Gülnar Abbasovanın namizədliyini irəli sürüb.
G.Abbasovanın bu dairədə deputat seçiləcəyi qeyri-müəyyən olaraq qalır. Onun rəqibləri sırasında BDU-da kafedra müdiri Bəxtiyar Əliyevin də şansları az deyil. Məlumata görə, G.Abbasova bu günə kimi Ağdam səhiyyəsini uçuruma sürükləməsi ilə ad çıxarıb. Rayon tibb sektoru onun sayəsində acı günlərini yaşayır.
Erməni işğalında olan rayonun sağlam nəsil yetişdirmək üçün etibar olunan səhiyyəsi yaman günə salınıb. Dəfələrlə baş həkimin adı müxtəlif qalmaqallarda, rüşvət ittihamlarında hallanıb. Seçicilərin TİA.AZ-a göndərdiyi məktubda deyilir ki, onlar G.Abbasovanı deputat görmək istəmir.
Belə ki, baş həkim Gülnar Abbasovanın başı biznes imkanlarını genişləndirməyə qarışıb. Odur ki, Ağdam səhiyyəsi gözdən iraq, könüldən uzaq qalıb. Bu halda onun millət vəkili kimi seçicilərin problemləri ilə maraqlanacağı şübhə doğurur.
Ağdam sakinlərinin şikayətləri, xəstəxanadakı özbaşınalıqlar, vətəndaşların dərisinin soyulması, pullu xidmət bir yana, rüşvətin açıq tələb olunması və digər kompomatlar haqda məlumatlar yer alıb. G.Abbasovanın nəzərinə çatdırılıb ki, onun vəzifəsindən azad olunması an məsələsidir və addımlarında diqqətli olsun.
Baş həkim xəstəxanadakı hərc-mərclik, dərəbəylik mühitinə də son qoymayıb. Gülnar Abbasova Ağdam səhiyyəsini şəxsi qazanc mənbəyinə çevirib. Xəstəxanadakı dözülməz vəziyyət bir yana, baş həkim indi də rayondakı dərman biznesini də nəzarəti altına keçirib.
Baş həkim Ağdam Mərkəzi Xəstəxanasının qarşısında aptek açıb. Gülnar Abbasova xəstələri dərman almaq üçün məhz həmin aptekə istiqamətləndirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.