Qədim türk xalqalrında "Kara tun" - "Uzun gecə" bayramı

21-12-2022, 08:48           
Qədim türk xalqalrında "Kara tun" - "Uzun gecə" bayramı
Dekabrın 21-də qədim türk xalqalrı "Kara tun" - "Uzun gecə" bayramını qeyd edərdilər.
Təqvimin bu günündə il boyu ən uzun gecə olur.
Dini inanclara görə bu gecə ölülərlə dirilər arasındakı pərdə götürülür. Aruaki adlı mələk öz doğmalarını ziyarət edir. Bəzən qara ruhlar da gəlib ocağın içərisinə girə bilər.
Elə buna görə də Kara tun- əslində işıq ilə qaranlığın mübarizəsidir. Bu mübarizədən qalib çıxmaq, qaranlıqları aldatmaq üçün müxtəlif ayinlər və rituallar keçirilir ki, Günəş gecəyə qalib gəlsin.
Təqvimin 21 dekabr günü evi təmiz saxlamaq lazımdır. Təzə paltar geyinməli, köhnə işlərini yekunlaşdırmalısan. Gecəni isə evində oturub tonqal, və ya şam yandırmalısan. Bu ayini keçirməklə Günəşin qalib gəlməsinə imkan yaradırsan.

Macar qardaşlarımız bu bayramı elliklə qeyd edirlər. Madyar qardaşlarımız deyirlər ki, Qara tun gecəsindən sonra göy üzünə çıxan günəş 3 gün eyni yerdə dayanır. Yalnız dekabrın 25-dən başlayaraq, qaranlığı azaldır. Yəni gümnlərimiz uzanmağa başlayır. Yəni Yeni ili Yeni Günəşlə, yeni istiliklə qəbul edirlər. Bu günə həm də Kun tuulqan!, Kün janqıran! - Gün doğdu, Gün yandırdı- deyirlər. Planetin bu hərəkətində günlərin hesabı belə aparılır: 3 gün günəş hərəkətsiz dayanır, buna Kün ölü- Ölü gün deyirlər. Sonrakı 1 gün aradakı boşluğa kün arası- gün arası deyirlər. Və bundan sonrakı 3 gün də Günəşin istiliyi çoxalmağa başlayır ki, buna da Kün toğdu- , yəni Gün doğdu deyirlər. Beləliklə türk mifolojisindəki 7 müqəddəs rəqəm alınır.
Əslində bizim yurd insanları da bu günü böyük çillənin gəlişi kimi qeyd edirlər. Və adına da Nardoğan, Nurdoğan deyirlər!
21 dekabrda Kara tun gedir, 22 dekabrda Nurtoğan gəlir!
Aida Eyvazova
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.