Hamının "Diriliş Ərtoğrul" serialından yaxşı tanıdığı moğol komandanı Baycu Noyon

25-12-2022, 08:37           
Hamının "Diriliş Ərtoğrul" serialından yaxşı tanıdığı moğol komandanı Baycu Noyon
Baycu Ögeday xanın (1227-1241) əmri ilə Çormoğon Noyonun komandanlığında Yaxın Şərqə yürüş edən moğol ordusunda minbaşı vəzifəsində xidmət edirdi. Baycu Noyon moğol ordusunda əvvəlcə minbaşı, daha sonra tümənbaşı (noyon) kimi Azərbaycan, Anadolu, İraqi-Əcəm və Xorasanın hakimi olmuşdu. O moğolların qeyd olunan ərazilərdə hərbi səfərlərini gerçəkləşdirmiş, 1243-cü ildə Kösədağ döyüşündə Anadolu Səlcuq Dövlətinin 80 minlik ordusunu özünün 35 minlik ordusu ilə darmadağın etmiş və qazandığı zəfərlə Noyon vəzifəsinə qədər yüksəlmişdi. Baycu Noyon 1256-cı ildə Hüləgü xanın buraya səfərinə qədər moğol ordularının şərqdəki ali komandanlıq vəzifəsini icra edirdi. 1257-ci ildə Hüləgü xanın əmri ilə Baycu Noyon Anadoludan gələrək Bağdad üzərinə yürüşə hazırlaşan moğol odrusuna qoşulmuş, Bağdad və Şam yürüşlərinə rəhbərlik edən komandanlardan biri olmuşdur.
Baycu Noyonun 1260-cı ildə Suriya səfərində öldürüldüyü deyilir. Tarixçi Ayni Baycunun müsəlmanlığı qəbul etdiyini yazır. Hətta onun yazdığına görə, "Baycu müsəlmanlar tərəfindən çox sevilirdi". Lakin onun yazdıqları digər mənbələr tərəfindən təsdiqlənmir. Bir başqa ehtimala görə, Baycu Cuçi xanlarına yaxınlığına görə Hüləgü xan tərəfindən ortadan qaldırılmışdı.
Əkbər Nəcəf, Hüləgü xan.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.