Batin alimi yazır: İlk Azərilər və onların sufi-şiəliyi

26-12-2022, 09:14           
Batin alimi yazır:
Sufilərdə marifət - insanın kimə ibadət etməsini bilməsidir. Allahın kimliyini, necəliyini bilməyənin ibadəti mənasız bir işdir.

Tövrat kitabının müqəddəsliyi ondadır ki, yəhudilərə görə Allah dünyanı yaradanda ona baxıb yaradırmış. Bu kitaba görə, Sennaardan (Sünik) gələn ilk varlıqlar Xaldada, yəni Gelat/Xelatda Babil qülləsini tikdilər və Allah onların ilk vahid dili olan Səfa Əhədi qarışdırıb dünyaya səpələdi. Bu ilk varlıqlar mənbələrdə "şahlığı göydən endirilmiş" kutiləri adlanır ki, bu da xudalar, yəni allahlar deməkdir. Məhz bu xudalar öləndən sonra, ruhları - Asar, yəni Azər, Osiris Allahına çevrilib, Babilin üstündə özlərinin yaratdıqları cənnətə köçürlər.

Ən qədim mənbələrdə yəhudi (Ya-Xuda) dedikdə də məhz bu ilk varlıqlar və onların varisləri olan Azəri (Xəzər) pir-bəgləri, seyid-şıxları nəzərdə tutulur. Kutilər, İlahın qəlibə tökülməsi vasitəsi ilə yaradıldıqlarına görə, bu nəhənglər emosiyasız və cinsiyətsiz, elmdə isə tam kamil varlıqlar olmuşlar. Onların Səfa Əhəd adlanan ilk "dili" batini mənada "Allahın sufi elmi" deməkdir və bu dil Quranda Süleyman peyğəmbərə verilmiş "quş dili" adlanır. Bu "dil", qam-şamanın ekstatik durumda İlahdan informasiya alması mənasındadır. Ərəb mənbələrində bu ilk sufilər "İhvani Səfa" kimi rəmzləndirilmişlər ki, bu da "Allah səviyyəli sufilər" deməkdir. Quranda onlar "səf-səf" duranlar" və peyğəmbər olaraq göndərilən müjdəçilər və xəbərçilər adlandırılırlar.

Məhz onlar Xelatdakı Allah beytinin, yəni Xüld cənnətinin ilk əhlidirlər. Əflatuna görə onları - Allah, adi insanları isə onlar yaratmışlar. Yaradılışın sirlərini tam bilən bu batinilər özlərini "şiə, əhli şiətin" adlandırırdılar. İsmaili batiniləri İhvani Səfa risalələrini - "Qurandan sonra Quran", "Elmin Quranı" adlandırırdılar ki, bu da Quranın daha dərin batini mənalarını deməkdir. Rəsul rəmzi ilə eyni mənalı olan risalə rəmzi həm şifahi və həm də yazılı məktub, elçi deməkdir. Bəzi sufilər ümumiyyətlə Quran dedikdə Lövhi Məhfuzu və mərufətullahı, yəni Allahla bağlı İlahi sirləri bilən natiqləri nəzərdə tuturlar ki, qədim Misirdə onlar Qor yolu ilə gedənlər adlanırdı. Quranda onlar və İhvani Səfa qövmü - anlayan, bilən bir qövm adlanırlar. İslam mənbələrində Qor yolu ilə gedənlər Quranın (Qərəə) batini mənalarını bilən karilər (kurra) kimi qeyd olunurlar. Karilər bizlərə, peyğəmbərimizin tayfası olan Qüreyş kimi də məlumdur ki, bu rəmz də batini mənada Qor-Şu, Qor-Şiə anlamındadır. Şiə rəmzi isə qədim Misir mətnlərində firon Amonun Şu ruhunu bildirirdi və məhz Amonun bu ruhu "qalxaraq", cənnəti göyə qaldırıb saxlamışdı. Başqa sözlə, cənnəti pir Amon öz Şu, Şiə ruhunda yaratmışdır və ilk şiə-kutilər də bu cənnətin yaradılmasında əsas rol oynamış İhvani Səfa qovmüdür.
Bütün bunlar o deməkdir ki, şiəlik, yəni İsna-Aşəriyə dini - Qor yolu ilə gedən Azəri pirlərinə İhvani Səfa xudalarından miras qalmış saf və kamil dindir.
Bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.

Firudin Gilar Bəg












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.