Atalar kultu - TÜRKLƏRDƏ...

28-12-2022, 09:05           
Atalar kultu - TÜRKLƏRDƏ...
Türklər ən qədim zamanlardan etibarən ata kultuna inanıblar. Hunlar, göytürklər, uyğurlar hökmdar səviyyəsində hər il bir və ya iki dəfə ata qəbiristanlıqlarını ziyarət edərdilər. Ziyarət edilən bir çox yerlərdə isə əslində nə insan, nə də hər hansı bir müqəddəs gücün izi var.
Ata qəbirləri türklər üçün müqəddəs idi. Hun hökmdarlarının üzərində piramidalar tikilmiş böyük kurqanları Çində ortaya çıxarılmışdır və qədim dövrdə bu yerlər ziyarətgahlar hesab edilirdi. Skiflər, hunlar, türklər atalarının qəbiristanlıqlarına zərər verilməsini müharibə səbəbi sayırdılar. Avropa Hun Xaqanlığının hökmdarı Attilanın İkinci Balkan Səfərinin səbəblərindən biri ata qəbirlərinin romalılar tərəfindən təhqir edilməsi idi. Ata qəbirlərinin dağıdılmasına görə skiflərlə əhəmənilər arasında müharibələr baş vermişdi.
Türklərin yayıldığı coğrafiyada ziyarətgahların, pirlərin və ocaqların çox olması ata kultuna inamla bağlıdır. Türklər ata qəbirlərini yüksəkliklərdə inşa edir və üstündə meşələr salırdılar. Bu şəkildə salınan meşələrə "qara bağ" deyilirdi. "Qarabağ" olaraq adlanan yerlər belə meydana çıxmışdı və ora girilməsi qadağan idi.
Əkbər Nəcəf, İnanc Yaddaşı səh 127-128
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru