XUDU MƏMMƏDOV - Yaşasa idi 96 yaşı olacaqdı!!!
14-12-2023, 08:14
GÖRKƏMLİ AZƏRBAYCAN ALİMİ, BÖYÜK ŞƏXSİYYƏT XUDU MƏMMƏDOVUN 96-CI YAŞ GÜNÜNƏ.
“ Elmin vətəni yoxdur, Alimin Vətəni var!"
Lui Paster (1822-1895) Fransız kimyaçısı və mikrobioloqu.
" Dünyadan umma şəkər,
Ömrümüzə turp əkər.
Dərdimiz yetim qalsa,
Bizdən sonra kim çəkər?"
Xudu Məmmədov.
Nədənsə Xudu Məmmədov adı keçərkən ilk ağlıma işıq gəlir.Bu cür işıqlı Elm Adamlarının yoxluğu hər zaman böyük bir boşluqdur, həm də yeri heç bir zaman doldurula bilməyəcək bir boşluq...
Rus yazıçısı Novikovun "Nağıl yalan deyil onda həqiqət işartıları var" sözlərini xatırlarkən istər istəməz "Bir qalanın sirri" filmində Elşənin Həkim babanın ona tövsiyyə etdiyi yeganə çıxış yolu olan kitabları oxumaq bu baş verməzsə belinə taxmaq istədiyi kəmər və qılınca sahib olmaq, şər qüvvətə qarşı onların gücündən heç bir zaman istifadə etməyin mümkünsüzlüyü epizodu yadıma düşdü.
Xalqın,millətin qaranlıqlarını aydınladan Xudu Məmmədov kimi Bilgə insanlarımızı, işıqlı fikirlərini, onları parlaq şəxsyyətə çevirən gözəl səbəbləri çözmədən, öyrənmədən çətin ki İntibahımız olsun.Bəxtiyar Vahabzadə başda olmaqla bütün dostları Xudu müəllimə "Sirri Xuda" deyirmişlər.
İşıqlar içində yatsın!
"Böyüklüyünə ümid yaradılmamış kiçikliyinə güldürməklə insanı düzəltmək olmaz. Bütün insan çirkinlikləri toplanmış bir obraz xəyalınıza gətirin. Bu, çirkin bir şeyin şəklini divardan asmaq kimidir. Belə bir bədii portret xoşa gələrmi? Əlbəttə, yox! İndi də təsəvvür edin ki, obrazın çirkinlikləri onun öz dilindən etiraf kimi verilib. Siz burada xoşagələn bir şey hiss edəcəksiniz. Bu, insanın sonuncu böyüklüyü olan etirafdır. Bütün təsvir edilən çirkinliklərə baxmayaraq etiraf sizdə ümid doğurur, siz “yenə də insan!” – deməyə məcbur olursunuz. Xeyir – şər, sevgi – nifrət, yaxşı – pis bütün sənət əsərlərinin əsas mövzusu olmuşdur.
Pislərin birliyi bir nöqtədə olduğu halda, yaxşıların birliyi bütün nöqtələrdədir. Pis, yaxşıya əks olduğu qədər də pisə əksdir. Beləliklə, istər fərdi aləmdə, istərsə də cəmiyyətdə qorxulu yaxşının, məhəbbətin azlığı deyil, onların yoxluğudur."
XUDU MƏMMƏDOV "QOŞA QANAD" KİTABINDAN.
© Məhəmməd İsrafiloğlu.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır