Son Axşam yeməyi (italyanca Lultima Çena) xristian inancına görə İsanın çarmıxa çəkilməmişdən əvvəl son axşam yeməyidir.
30-03-2024, 10:14
Son Axşam yeməyi (italyanca Lultima Çena) xristian inancına görə İsanın çarmıxa çəkilməmişdən əvvəl son axşam yeməyidir. İsanın bu yemək əsnasındakı çıxışı Yuhanna İncilində (Yəhyanın İncili) təfərrüatlı şəkildə yazılıb. İsa Məsih onlardan ayrıldıqdan sonra gələcək olan Paraklete ilə təsəlli tapmalarını söyləyir. Son Şam yeməyində İsa və həvariləri şərab içərək, Müqəddəs Graildən çörək yedilər... Son Axşam yeməyindən Qurani-Kərimdə əl-Maidə surəsinin 114-cü ayəsində də bəhs edilir: Məryəm oğlu İsa yalvardı: “Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!” Pasxa ərəfəsində dahi Leonardo da Vinçinin Dünya mədəniyyətinin incisi sayılan "Son axşam yeməyi" əsərini xatırladım... İbrahim Nebioğlu https://t.me/ibrahim_nebioglu