ZƏHRANIN TALEYİ

1-04-2024, 08:34           
ZƏHRANIN  TALEYİ
1918-ci ilin yayı idi. Qərbi Azərbaycanda qarışıqlıq yaranmışdı. Ruslar tərəfindən güçlü silahlandırılmış və müdafiə olunan erməni silahlıları azərbaycanlı əhalini yurd-yuvasından qovub çıxarırdı. Ələ keçənlər zorakılığa məruz qalır və qəddarcasına məhv edilirdi. Yerli əhali xeyli müqavimət göstərsə də, əliyalın, silahsız, köməksiz əhalinin qırılmamaq, erməni quldurlarının əlinə keçməmək üçün yeganə xilas yolu baş götürüb hara gəldi qaçmaq idi.
Elini-obasını məcurən tərk edən ailələrdən biri də ağcaqalalı Qəni Abbasovun ailəsi idi. Onlar yoldaykən ermənilər tərəfindən öldürülmüş bir qadının meytinin yanında 12-13 yaşlarında bir uşaq görürlər. Uşaq anasının meytini dartışdırır, sanki onu oyatmaq, diriltmək istəyirdi. Hadisə şahidləri dəhşət içində idilər.
Camaat qadını orada dəfn etdi. Qəni kişi və arvadı Gülnisə elə oradaca uşağı övladlığa qəbul etməyə qərar verib, onu özləri ilə götürdülər. Qıza Zəhra adını verdilər. Onu özləri ilə Gəncəyə, oradan Şəki rayonunun Cəyirli və Qayabaşı kəndlərinə gətirdilər. Daha sonra Vartaşen (indiki Oğuz) rayonunun Yaqublu kəndində məskunlaşdılar.
Onlar Zəhranı böyüdüb ev-eşik, oğul-qız sahibi (3 oğlan və bir qız) etdilər. Uşaqlar kiçik yaşlarından atalarını itirsələr də. Zərha çox çətinliklə onları boya-başa çatdırdı, toylarını etdi, gəlin gətirdi və gəlin köçürdü. Ölənə kimi Qəni kişi ilə Gülnisə arvadı öz valideynləri bildi. 1994-cü ildə haqq dünyasına qovuşdu.
Kim idi Zəhra !? Zəhra mənim doğma nənəm idi.
Beləliklə, sizə yüzlərlə erməni vəhşiliklərinin qurbanı olmuş – doğma ailəsini, qohum-əqrabasını itirmiş, yaxşı insanların sayəsində sağ qalmış azərbaycanlı qadınlardan biri haqqında danışdım.

İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.