HƏR ŞEYDƏN ƏVVƏL CAZİBƏ VARDI

1-04-2024, 10:04           
HƏR ŞEYDƏN ƏVVƏL CAZİBƏ VARDI
31 mart 1687-ci ildə İsaak Nyutonun 3 cildlik fundamental əsəri işıq üzü gördü. "Natural fəlsəfənin riyazi prinsipləri" (Philosophiæ Naturalis Principia Mathematica) adlı bu əsər müasir fizika ilə astronomiyanın əsasını qoydu. Dahi ingilis alimi hərəkətin 3 qanununu - klassik mexanikanın əsası, cazibə qanunu və Keplerin planetar hərəkət qanunu yazmışdı. Bu kitab elmdə o günədək görülməmiş bir sıçrayışa səbəb oldu, o, insanoğluna Kainatın necə qurulmasını göstərdi, Eynşteynin nisbilik nəzəriyyəsi üçün cığır açdı.
Kopernik, Qaliley və Kepler ona qədər bu tarixi kəşfə gedən yolun əsasını qoymuş, müşahidə etdikləri fenomenal hadisələri təsvir etmişdilər. Ancaq Nyuton natural fəlsəfənin (o vaxt fizika belə adlanırdı) predmetini dəyişdi - universal təbiət qanunlarını araşdırmağa başladı. Nyutonun qravitasiya nəzəriyyəsi dəqiq elmlərin yeni konsepsiyasını yaratdı və fiziki nəzəriyyə ilə onun ciddi isbatı empirik müşahidə üzərində birdəfəlik üstünlük qazandı.
"Təsir əks təsirə bərabərdir" - bu gün Nyutonun III qanunu fizika qanununun ciddi xülasəsi kimi deyil, bir pop-psixologiya ştampı kimi səslənir. Ancaq bu elmi əsər bir inqilab, insanın təbiət üzərindəki zəfəri idi. Bu əsər Aristotelin "Göy cisimləri elmləri ilə yer elmləri arasında ortaq heç nə yoxdur" düşüncəsinin alt-üst edilməsi idi. Bəşəriyyətə tarixi bir çağırış idi həm də.
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.