Qaradağ rayonunun məşhur qəsəbəsi zibilik içərisində – FOTO-VIDEO

2-11-2018, 08:02           
Qaradağ rayonunun məşhur qəsəbəsi zibilik içərisində – FOTO-VIDEO
Qaradağ Rayonu Səngəçal qəsəbəsinin sakinləri yaşadıqları ərazidə hökm sürən natəmizlik barədə “Yenigundem”e şikayət ünvanlayıblar.

Sakinlərin sözlərinə görə, ərazidə uzun zamandır, həllini tapmayan zibillik problemi, artıq durumu gərginləşdirib. Belə ki, yaşadıqları ərazidə əsl “zibil dağ”ına çevrilmiş bu mənzərə acınacaqlı vəziyyət yaradıb. Cavabdeh qurumlar isə heç bir tədbir görmür. Sakinlərin evlərindən qəsəbəyə gediş-gəlişi çətinləşib. Qəsəbə sakinləri bu problemin həll edilməsini istəyirlər.

Qaradağ rayon Bələdiyyəsi, Mənzil Kommunal Təsərrüfat Birliyi nəzarət etmir.

Güclü külək zibil qalıqlarını yaşayış evlərinin həyətlərinə doldurur.
Qəsəbə sakinləri bildirib ki, neçə illərdir, sözügedən problem çözülmür. Aidiyyatı qurumlar bu vəziyyəti görməməzliyə vurur.
Qeyd edək ki, Səngəçal qəsəbəsinin əksər küçələri də eyni acınacaqlı durumdadır.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.