Salyanın icra başçısı 2019-cu ilə qədər vəzifəsini itirəcək - kütləvi narazılıq

5-11-2018, 18:17           
Salyanın icra başçısı 2019-cu ilə qədər vəzifəsini itirəcək - kütləvi narazılıq
Azərbaycanda ən çox narazılıq olan, əhali ilə təmaslardan qaçan, demək olar ölkə iqtisadiyyatı üzrə qarşıya qoyulmuş vəzifələr icra edilməyən ən neqativ statistikası olan rayonlardan biri də Salyandır. 2018-ci ilin iqtisadi hesabatlarında Salyan rayonunda aqrar sektor üzrə göstəricilər proqnozlara uyğun deyil.

Gundeminfo.az-a daxil olan informasiyaya əsasən rayona icra başçısı təyin edildikdən dərhal sonra Salyandakı süni balıq göllərinə başı qarışan Sevindik Hətəmov prioritet sahələr üzrə müvafiq olaraq hədəflərə çata bilməyib. Rayonda barama təsərrüfatları, pambıqçılıüq kimi strateji olan sahələr üzrə 2018-ci ilin birinci yarısındakı östəricilər çox aşağı səviyyədədir. Salyandakı mənbəmiz iddia edir ki, Sevindik Hətəmov adətən rayon əhalisi ilə təmaslardan yayınır. Əvəzində isə protokol xatirinə onun müavinləri narazı sakinlərlə görüşürlər.

Rayon ərazisində, xüsusilə də mərkəzi küçələrdə vəziyət acınacaqlıdır. Salyanın mərkəzi küçələrində yerləşən yaşayış binalarında istilik problemləri, içməli su narahatçılıqları günü-gündən dərinləşir. Rayondan gələn narazılıqlar arasında rayon mərkəzindəki binaların qışa hazırlığı ilə bağlı olaraq lazimi hazırlıqlar həyata keçirilməyib.

Gundeminfo.az-a danışan mənbəmiz deyir ki, Salyan rayonu üzrə elektrik enerjisi üzrə yığımlarda vəziyyət daha bərbaddır. Bu səbəbdən də havalar bir az soyuyan kimi rayon mərkəzində elektrik enerjisinin verilməsində uzunmüddətli problemlər yaranır.

Salyan rayonunda yaranan problemlərlə bağlı artıq yerli vətəndaşlar Prezident Adminstrasiyasına da şikayət etməyə hazırlaşırlar. Rayondan gələn şikayətlərlə bağlı geniş araşdırmalarımızı yaxın günlərdə təqdim edəcəyik. Qarşı tərəfin də mövqeyioni dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.