Yenidən deputat olmaq eşqinə düşən Ağalar Vəliyev kisənin ağzını açıb... - Amma bu da onu qurtarmayacaq...

15-10-2015, 10:30           
Yenidən deputat olmaq eşqinə düşən Ağalar Vəliyev kisənin ağzını açıb... - Amma bu da onu qurtarmayacaq...
Bir ara adı yanan bina ilə bağlı yaranmış qalmaqalda hallandırılan və hətta həbsi xəbəri yayılan “Azəraqrartikinti” ASC-nin sədri, deputat Ağalar Vəliyevin "vurulacağı", hakim düşərgədən birdəfəlik çıxdaş ediləcəyi gözlənilsə də, ona müəyyən dairələr "özünütəsdiq" üşün şans tanıda bildilər ki, bu da Ağalar vəliyev üçün revanş fürsəti kimi dəyərləndirilməlidir.

Amma fakt faktlığında qalır ki, əvvəlki seçki dairəsini itiran Ağalar Vəliyevin Qaradağdan Goranboya göndərilməsi, səlində daha çox "siyasi sürgünə" bənzəyir.

DİA.AZ xatırladır ki, əvvəllər 11 saylı Qaradağ seçki dairəsinin deputatı olan Ağalar Vəliyev yenidən hakim partiyanın namizədlər siyahısında yerini qoruya bilsə də, dairəsini qoruya bilmədi.

Məlumatlı mənbə dia.az-a bildirir ki, amma YAP-ın siyahısında düşməsi onun yenidən mandatla mükafatlandırılacağı anlamına gəlmir:

"Bunu Ağalar Vəliyev də yaxşı dərk edir və elə buna görə də, deputat yeni dairəsində işlərin qurulması üçün ciddi pul xərcləməyə başlayıb. Hətta medianı belə özünə ram etməsi üçün konkret büdcə ayırıb, emissarlarını qapı-qaol danışıqlara yollayır".

Mənbə iddia edir ki, amma bu da "yuxarılara" yetərincə yalan danışmış Vəliyevi qurtarmayacaq: "Artıq iş işdən keçib və Ağalar Vəliyev hazırki deputat mandatının vaxtının bitməsini gözləsin. Əsl zərbələri də məhz bundan sonra alacaq".

Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru