Ceyhun Bayramov sabiq nazirin kadrının əlində " əsir-esir" qalıb
20-02-2020, 07:38

prioritet sahələrin inkişafını diqqət mərkəzində saxlamaqla yanaşı, bu sahələrin sürətli inkişafının təmini üçün bir çox qanunların qəbul edilməsi istiqamətində əməli işlər görmüş və görməkdədir. Demokratik - hüquqi dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin formalaşmasında, milli mənafelərin qorunmasında, elmi-texniki tərəqqinin sürətləndirilməsində, davamlı inkişafın və milli təhlükəsizliyin təmin olunmasında elmin iştirakı danılmazdır.
Ölkənin iqtisadi, sosial və mədəni inkişafının təmin edilməsi, hər bir Azərbaycan vətəndaşının rifahının və elmi səviyyəsinin yüksəldilməsi, yeni biliklərə yiyələnməsi və dünyanı dərk etmək kimi təbii və mənəvi ehtiyaclarının ödənilməsində elmin aparıcı rolunu və vəzifələrini müəyyənləşdirən qanunlar bəzi hallarda təsadüfü seçilmiş kadrlar tərəfindən kobudcasına pozlur.
Tarixi mənbələrə görə mövcudluğu 1580-ci illərə təsadüf edən Sumqayıtın əsası 1938-ci ildə qoyulsa da 1949-cu il tarixdə şəhər statusu verilmişdir. Əhali sayına görə Respublikamızın 3-cü böyük şəhəri sayılan Sumqayıt şəhərində digər dövlət qurumları ilə paralel “fəaliyyət” göstərən Sumqayıt Şəhər Təhsil Şöbəsi də var. Və hal-hazırda Arzu Şirxan qızı Alızadə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsini daşıyır.
Bu yerdə, bəzi ağzıgöyçəklər, Sumqayıt şagird kontingentinin həm respublika daxilindəki, həm də Respublikamızdan kənarda keçirilən müxtəlif olimpiada və yarışlarda qalib gəlməklərini əsas götürərək xanımı müdafiə etməyə çalışacaqlar.
Bu məqaləni oxuyan şəxslərdə aydın təsəvvürün yaranması və qərərsiz mövqeyimizi sərgiləmək üçün Sumqayıt Təhsil Şöbəsinin son 5 ilinə qısa bir səyahət etməyə çalışacağıq.
Bu yerdə Anton Pavloviç Çexovun “Bir milləti məhv etmək üçün onun müəllimini gözdən salmaq kifayətdir” aforizmini də yadınıza salmaq istərdik.
Beləki, 2016-cı ildən 2020-ci ilin bu gününə kimi Sumqayıt Təhsil Şbəsinə 4 nəfər başçılıq edib. Bundan 3-ü müdir, bir nəfər isə müdirəvəzi. Buna səbəb nədir deyə sual yaranır?
Azərbaycan təhsilinin tərkib hissəsi olan Sumqayıt təhsil şöbəsində son zamanlar müdir kreslosu isinmək və nəvazişə möhtac qalıb. Ya müdir əvəzi kresloya əyləşib onu isitmək dərəcəsinə çatdıra bilmir, ya da ki, təyin olunan yeni
müdir “yaxşı” işlərinə görə daha böyük vəzifəyə təyin olunur. Nəticədə zərbə təhsilin inkişafına dəyir.
2016-cı ilin aprel ayında Sumqayıt şəhər Təhsil şöbəsinə yeni müdir təyin olundu. Ruhiyyə İsabala qızı Tağıyeva şəhər təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunmamışdan qabaq 24 saylı məktəbin direktoru işləyirdi. Direktor işləməzdən əvvəl isə 15 saylı məktəbdə direktor müavini işləyirdi.
23 may 2016-cı il tarixli “Sumqayıt təhsil şöbəsinin yeni müdiri”, 24 may 2016-cı il tarixli “24 saylı tam orta məktəbdə Ruhiyyə xanımın sərgüzəştləri”, 26 may 2016-cı il tarixli “Sumqayıt təhsil şöbəsinin müdirinin ...” başlıqlı yazılarımızda Ruhiyyə Tağıyevanın Sumqayıt təhsilinə və bunun müqabilində Azərbaycan təhsilinə “töhfələrini” oxuyub, tanış ola bilərsiniz.

Ruhiyyə Tağıyeva yuxarıda qeyd etdiyimiz kimi Sumqayıt ŞTŞ-nin müdiri olmazdan əvvəl 24 saylı məktəbdə direktor vəzifəsində “çalışmışdır”.
Haşiyə: Ruhiyyə Tağıyevanın direktor müavinliyində direktor, sonra TŞ-nin müdiri və yenidən direktor vəzifəsinə qayıtması çox qısa bir zaman kəsiyində olmuşdur.
24 saylı məktəbdə direktor işləyərkən dərs bölgüsündə, buraxılan və əvəz olunan dərs saatlarında maxinasiyalara yol vermişdir. Belə ki, yanvar 2016-cı il üçün əmək haqqının ödənilməsi hesabat-ödəniş cədvəlindən görünür ki, yanvar ayında buraxılan dərslər 61 saat təşkil etdiyi halda əvəz olunan dərs 328 saat təşkil edir. Əvəz edilən dərs saatlarında yol verilən ciddi nöqsanlar xanımın qeyd dəftərindədə öz əksini tapmışdır. (26 may 2016-cı il tarixli “Sumqayıt təhsil şöbəsinin müdirinin ...”) başlıqlı yazıda daha ətraflı oxuya bilərsiniz.
Sumqayıt ŞTŞ-nin müdir vəzifəsində çalışmış və işlədiyi dövürdən böyük qanun pozuntularına yol verən R. Tağıyevanın, nazirliyin əmri əsasında Sumqayıt şəhər 1 saylı orta məktəbə direktor təyin edilməsi, mətbuatda zaman-zaman haqqında tənqidi məqalələr yazılmağı və digər olaylar nəzərə alınmadan, R. Tağıyevanın sözün həqiqi mənasında iş bacarığını sübüt etdi. Maraqlısı budur ki, Sumqayıt şəhər Prokurorluğunda R. Tağıyevanın yol verdiyi ciddi nöqsanları araşdırıldığı bir zaman onu şəhərin bir nömürəli məktəbə direktor təyin edlməsi olduqca maraqlı idi... (ardı var)
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
“Xəbərfakt.Az”