Keçmiş başçının zülmündən bezən camaat ETİRAZA QALXDI - Lütvəli Babayevin hoqqaları davam edir...

20-02-2020, 17:31           
Keçmiş başçının zülmündən bezən camaat ETİRAZA QALXDI
Zərdab rayonunun Çallı kəndində örüş sahələri əllərindən alınan kənd sakinləri fevralın 20-də etiraz aksiyası keçirərək, magistral yolu bağlayıblar. Bu barədə yerli sakinlərdən Dilqəm Nemətov məlumat verib.

Dilqəm Nemətov deyib ki, kənd camaatının 500 hektar otlaq sahəsi var və vaxtilə əhaliyə pay torpaq veriləndə, hərə 30 hektar götürdü ki, otlaq sahəsi kimi istifadə etsin. Həmin sahəni icra hakimiyyəti və bələdiyyə satıb:

“Ərazi keçmiş icra başçısı Lütfəli Babayevin fermasına və başqa adamlara satılıb. Elə 30 hektarda yerüstü balıq gölü yaradılıb. 3500 nəfər əhalisi olan kənddə 750 təsərrüfat var. İndi sual yaranır. 750 təsərrüfatı olan insan malını harda otarsın? Bunu edənlər prezidentin göstərişlərini pozurlar. Çünki yerüstü balıq gölü torpaqları şoranlaşdırır. Səhər rayonun bütün polisləri kəndə gəldi, sakinlərlə qarşıdurma oldu. Aksiya zamanı bir nəfər döyülərək xəstəxanaya aparıldı. Sakinlərdən Cavid Şamilov, Əlvida Mustafayev və Səid Mustafayev saxlanılıb. Nemət Əliyev və Cəfər Əhmədov isə döyülüb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru