Mingəçevirin kasıb sakinlərini İcra Hakimiyyəti imtahana çəkir- Ya pul ödə yada......

21-02-2020, 15:41           
Mingəçevirin kasıb sakinlərini İcra Hakimiyyəti imtahana çəkir- Ya pul ödə yada......
Teref.az:Şəhər əhalinin təxminən on minə yaxın olan bir hissəsi bu massivdə məskunlşıb. Söhbət Günəzli yaşayış massivindən gedir.
Əksəriyyətinin kasıb və nisbətən az təminatlı alilələrdən ibarət olan yaşayış massivinin ən böyük problemlərindən biri yolsuzluq və çirkab suyun axıdlılması üçün lazım olan xəttin olmaması olub. Demək olar ki, elə bir ay, elə bir il, elə bir gün yoxdur ki, Günəşli sakinləri düşdükləri çıxılmaz durumdan ölkə başçısına və onun xanımına müraciət etməsinlər. Nəhayət ki, sakinlərin çoxsaylı şikayətlərindən sonra, çirkab suyun axıdılması üçün xətt çəkilib. Amma indidə əhalini pis vəziyyətə salacaq bir qərar verilib.
Belə ki, qəsəbə sakinlərinin verdiyi məlumata görə xətt çəkiləndən sonra özlərini Azərsu ASC-nin və icra hakimiyyətinin işçiləri olduğunu bildirən bir qrup rəsmi geyimli və papkalı insanların qəsəbənin sakinlırinin qapılarını bir bir döyərək bildiriblər ki, Mingəçevir şəhər icra başçısı İlham İsmayılov bildirib ki, çəkilən xəttə hər kəs yəni hər ev sahibi özü kanalizasiya xəttini calamalıdır. Yuxarıda bildirdiyimiz kimi yaşayış massivində məskunlaşmış ailələrin əksəriyyəti az təminatlı ailələrdir. Belə olan halda sakinlər nə etməlidirlər? Özüdə tapşırıq elə verilib ki, qısa bir zamanda xəttləri calayın yoxsa küçə asfaltlanacaq ondan sonra kim asfaltı zədələsə cərimələnəcək.
Burada aidiyyəti şəxslərə səslənirik. Nə üçün tamamlanmayan bir lalihənin “cəzasını” sakinlər çəkməlidir?
Mövzunu diqqətdə saxlayacaqıq...
Teref.Az olaraq qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru