Şabranda viranə qalmış tibb məntəqəsi - VİDEO

22-02-2020, 02:26           
Şabranda viranə qalmış tibb məntəqəsi - VİDEO
Sınıq-salxaq pəncərələr, çatlaq divarlar, hər an çökmə təhlükəsi olan tavan... Görüntülər hər hansı bir xarabalığı xatırlatsa da, bura tibb məntəqəsidir.

Baku.Tv xəbər verir ki, Şabranının Kilvar və Zeyvə kəndlərinin 1400-dən çox sakininə xidmət edən bu səhiyyə ocağında elektrik xətləri də sıradan çıxıb.

Sakinlərin dərdi bununla bitmir. Məntəqədə tibb işçilərinin sayı da azdır.

Tibb məntəqisinin müdiri Məlahət Məmmədova bildirir ki, hər iki kənddə bacardığı qədər sakinlərin köməyinə çatmağa çalışsa da, mövcud vəziyyət onların da işinə əhəmiyyətli dərəcədə mane olur.

Yerli kənd icra nümayəndəsinin müavini Mahir Osmanov şifahi olaraq bildirib ki, bu günə qədər məsələ ilə bağlı aidiyyəti orqanlara məlumat verilsə də, bu, rəsmi formada olmayıb.

Nəzərə alsaq ki, soyuq və elektrik enerjisi olmayan bu məntəqədə körpələrə peyvənd də vurulur, məsələnin ciddiliyi özünü daha qabarıq şəkildə göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru