"İcra başçısı və müavinləri Lənkəranı talayır" - Ekspert məmurların "sərvət siyahısı”nı yaydı - Video

15-03-2020, 12:18           
"İcra başçısı və müavinləri Lənkəranı talayır" - Ekspert məmurların "sərvət siyahısı”nı yaydı - Video
Lənkəranın icra başçısı Taleh Qaraşov və onun müavini Rəsilə Əliyeva haqqında sensasiyalı video-müraciət yayılıb.

Reyting.az xəbər verir ki, təhsil üzrə tanınmış ekspert Elşən Qafarov sosial şəbəkələrdəki hesabında Lənkəranın icra başçısı və onun müavini tərəfindən talan edildiyini bildirib.

Ekspert, icra başçısı Taleh Qaraşovun xanım müavininin təsiri altında olduğunu da iddia edib.

E. Qafarov video-müraciətində T. Qaraşov və müavininin korrupsiya sxemlərini açır və çoxsaylı mülkləri hansı vəsaitlə əldə etdiklərinin araşdırılmasını vacib sayır.


T. Qaraşov

Ekspert, eyni zamanda, Rəsilə Əliyevanın müavin olduğu qısa müddətdə aldığı və ya ona bağışlanan əmlakları sadalayır:

1. “Dəniz Hotel” (anasının adına sənədləşdirilib)

2. Bakıda, “Gənclik” metrostansiyası yaxınlığında villa (850 000 manat dəyərində)

3. Lənkəranda, Qala adlanan mərkəzi yaşayış massivində 2 otaqlı mənzil

4. Lənkərənda, dəniz kənarında villa

5. Rvo kəndi ərazisində, Lənkəran çayı sahilində böyük torpaq sahəsi

6. Bakıda, Ağşəhərdə (AMAY TM-nin yaxınlığında) 3 otaqlı mənzil

7. Lənkəranda, “RayPO” adlanan yaşayış massivində 4 otaqlı mənzil

8. Lənkəranda, “EvroAptek” deyilən binada 2 otaqlı mənzil və s.

E. Qafarovun bu və digər iddiaların yer aldığı video-müraciətini təqdim edirik:

Teref.az Lənkəran Şəhər İcra Hakimiyyətinin məsələyə münasibətinə yer ayırmağa hazırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru