"Azərbaycan Dəmir Yolları" QSC-də DEZİNFEKSİYA YEYİNTİSİ... - İDDİA

16-03-2020, 17:08           
"Azərbaycan Dəmir Yolları" QSC-də DEZİNFEKSİYA YEYİNTİSİ... - İDDİA
"Azərbaycan Dəmir Yolları" QSC-də DEZİNFEKSİYA YEYİNTİSİ...
DİA.AZ: - "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla bağlı redaksiyamıza yeni informasiya daxil olub. Mötəbər mənbədən DİA.AZ-a verilən informasiyada qeyd olunur ki, son günlər bütün dünyanı sarsan koronavirus təhlükəsi ilə bağlı bu günlərdə dəmiryolu idarəsinin binasında dezinfeksiya işləri həyata keçirilsə də, quruma aid qatarlarda doğru-dürüst bu iş həyata keçirilmir.

Redaksiyamıza "Azərbaycan Dəmir Yolları" QSC-nin adının çəkilməməsini istəyən əməkdaşı bildirib ki, sözügedən qurumda dezinfeksiya işlərinə, ümumiyyətlə, koronavirus təhlükəsinə sanki dırnaqarası yanaşılır:

"Dəmir yolunun binasını xlorladılar, amma qatarlar qaldı. Binanı da bir dəfə xlorlayıblar, onun üstündən xadimələr qırx dəfə təmizlik işi aparıblar. Yəni sonrakı müddət boyunca dezinfeksiya işləri nəzərə alınmayıb. Əsas təhlükə isə qatarların durumudur. Aşkar görünür ki, burada da yeyinti faktı var. Yəni koronavirusdan dezinfeksiya adı altında pullar ayrılsa da, təyinatı üzrə xərclənməyib. Yəqin müvafiq qurumlar bu məsələ ilə bağlı Cavid Qurbanova iradlarını çatdıracaq..."

Dia.az olaraq iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru